Monday, July 9, 2012

Qaval Daşı

 Qaval daşı Qobustanın simvollarından biridir. Qaval daşı əhəng daşından əmələ gəlmişdir və onun tərkibində çınqıllar mövcuddur. Buna görə də Qaval daşın içərisində boşluqlar vardır. Bu boşluqların sayəsində Qavaldaşa vurduqda ondan səs çıxır. Həmçinin bu daşdan səs çıxması üçün onun yerə təmas etməməsi lazım idi. Yerə təmas edərsə bu daşdan səs çıxmır. Ona görə də bu daşı müəyyən qədər torpaqdan yüksəkdə qoyurlar.
 Qədim qobustanlılar Qaval daşından musiqi aləti kimi istifadə edirdilər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bu rəqs Yallı rəqsi adlanır. Yallı "yal" sözündən yaranmışdır ki, bu da yemək mənasına gəlir. Qədim qobustanlılar bu rəqsi ova getməzdən öncə ifa edərdilər. Onlar inanırdılar ki, əgər bu rəqsi ifa etsələr ovları daha uğurlu alınar. Bu bir növ ritual xarakteri daşıyırdı və əcdadlarımızın dünyagörüşünün bir növü idi.

No comments:

Post a Comment