Qobustan Milli-Tarix Bədii
Qoruğu unikal abidələrlə zəngindir. Burada siz ecazkar qayaüstü rəsmlərdən
başqa ulu babalarımızın musiqi mədəniyyətinin maddi sübutu olan Qavaldaşı görə
bilərsiniz. Qavaldaş qayalarda həkk olunmuş Yallı rəqsinin ifa olunduğu ən qədim
zərb alətidir.
Qobustanda
Cingirdağda və Böyükdaş dağının aşağı səkisində olmaqla iki ədəd Qavaldaş qeydə
alınmışdır.
Qavaldaş həm də qədim Qobustan sakinlərinin
empirik biliklərinin texniki kəşfə çevrildiyi ixtiradır. Qobustanın qədim
sakinləri məsaməli əhəng daşından ibarət qaya parçalarının arasında havanın sərbəst
hərəkət etməsi üçün boşluq yaranan zaman, qayalara toxunduqda alınan səsi
müşahidə etmişlər. Bu müşahidələrin nəticəsi olaraq Qavaldaşını ixtira etmişlər.
Qayanın müxtəlif yerlərinə daşlarla toxunduqda müxtəlif tonlarda səslər almaq
mümkündür. Çox güman ki, qədim Qobustanlıların qarğı, qamış, dəri, ağacdan
hazırlanmış başqa alətləri də olmuşdur. Lakin o alətlər bizə gəlib çatmamışdır.
Gobustan
National Historical - Artistic Preserve is rich with unique monuments. Here,
alongside with marvellousrock carvings, you can see also gavaldash – one of the
material evidences musical culture of our ancestors. Tamborine is the most
ancient percussion tool that was used to accompany Yally dance engraved in the
rocks.
Two
gavaldashes were fixed in Gobustan, namely in Jingirdagh and low teraace of Beyukdash Mountain .
Gavaldash
is at the same time a technical discovery of ancient Gobustan dwellers` empirical
knowledge. Ancient residents of Gobustan observed the sounds that were formed
when touching rock pieces of porous limestone, between which gaps were formed
for the free air flow. The result of these observations was their discovery of
gavaldash. When touching various parts of the rocks with a stone it is possible
to get sounds of various tone. Presumably ancient Gobustan dwellers had other
instruments made of reed, cane, skin and wood. However, those instruments have
not been preserved up today.
Гобустанский Национальный Историка – Художественный
заповедник богат уникальными памятниками. Здесь, кроме замечательных наскальных
рисунков, вы сможете увидеть материальное свидетельство музыкальной культуры
наших предков – гавалдаш. Гавалдаш является самым древним ударным инструментом,
под который исполнялся танец Яллы, запечатленный на скалах.
Два гавалдвша зарегистрированы в Гобустане, на горе
Джингирдаг и на нижний террасе горы Беюкдаш.
Гавалдаш в то же время является свидетельством эмпирических
знаний древних жителей Гобустана, благодаря которым было сделано это
техническое открытие. Древние жители Гобустана наблюдали тот факт , что при
прикосновении к скалам, состоящим из пористого известняка, и содержащим пустоты
для свободных потоков воздуха, , возникали различные звуки. Результатом этих
наблюдений стало открытие гавалдаша.
Если ударить камнем частях скалы можно получить звуки различной тональности.
Вполне возможно, что у древних гобустанцев были и другие и инструменты, сделанные из тростника,
камыша, шкуры и дерева. Однако эти инструменты не сохранились до наших дней.