Sunday, July 22, 2012

Film about Gobustan petrogliphs


Ana Zagha cave

     Ana Zagha cave is the biggest cave (habitation) in the Gobustan preserve. It is situated on the Beyukdash mountain. Ana Zagha is from the words ana - mother and zağa - cave, and is meaning Mother cave. First inhabitants of this cave were settled here at the ends of Upper Paleolithic period. Ana Zagha cave was discovered by archeologists in 1960s. And they began archeological excavations here. In the result of excavations they found many artefacts which help scientists to learn history of Gobustan. They excavated approximately 3 m and under ground were found many petrogliphs. They are considered about ends of Upper Paleolithic and Mesolithic period. This petrogliphs mostly drawings of hunters.

    In the excavations there were found stone instruments. The labaraory analysis prove that one of this instrument has 22 thousand old. And it prove that 22 thousand years ago already humans lived here. Maybe they setttled here three or five thousand years before. And in the cave archeologists found fire-place. Ashes were taken from fire-place and spent analysis prove that here was Juniper and oak trees, and forests of these trees.

Monday, July 9, 2012

Qaval Daşı

 Qaval daşı Qobustanın simvollarından biridir. Qaval daşı əhəng daşından əmələ gəlmişdir və onun tərkibində çınqıllar mövcuddur. Buna görə də Qaval daşın içərisində boşluqlar vardır. Bu boşluqların sayəsində Qavaldaşa vurduqda ondan səs çıxır. Həmçinin bu daşdan səs çıxması üçün onun yerə təmas etməməsi lazım idi. Yerə təmas edərsə bu daşdan səs çıxmır. Ona görə də bu daşı müəyyən qədər torpaqdan yüksəkdə qoyurlar.
 Qədim qobustanlılar Qaval daşından musiqi aləti kimi istifadə edirdilər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bu rəqs Yallı rəqsi adlanır. Yallı "yal" sözündən yaranmışdır ki, bu da yemək mənasına gəlir. Qədim qobustanlılar bu rəqsi ova getməzdən öncə ifa edərdilər. Onlar inanırdılar ki, əgər bu rəqsi ifa etsələr ovları daha uğurlu alınar. Bu bir növ ritual xarakteri daşıyırdı və əcdadlarımızın dünyagörüşünün bir növü idi.

Thursday, July 5, 2012

Qobustan


Qobustan coğrafi rayonu Şərqi Azərbaycanda yerləşən, şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı, cənubda Hərəmi və Mişov dağları, şərqdə Xəzər dənizi və Abşeron yarımadası ilə sərhədlənən, qobu və yarğanlara malik geniş ərazidir. Elə Qobustan sözünün mənası da qobu və stan (yer), yəni qobuluq, qobular olan yer deməkdir. Qobu sözü isə türk mənşəli sözdür, qurumuş geniş çay vadisi mənasını verir. Bu ərazinin uzunluğu (şimaldan cənuba) 100 km, eni 80 km-ə yaxındır. Ərazinin orta hündürlüyü 600-700 m-dir. Qafqazda ən böyük palçıq vulkanları Qobustandadır. Qobustan dağətəyi zona olsa da, burada qayalıq sıralar çoxdur. Burada yarımsəhra sahələr inkişaf etmişdir. 

Qobustanda aparılan arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir ki, burada - Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövründən, yəni, eramızdan 35-34 min il əvvəlki dövrdən başlayır. Deməli, əgər üst paleolit dövründən Qobustanda həyat başlanıbsa, burada yaşayış üçün lazımi şərait olub, yəni iqlimi əlverişli, bitki və heyvanat aləmi isə zəngin olub. Qobustan qışı mülayim, yayı isə isti - quru keçən subtropik iqlimə malikdir. Atmosfer yağıntılarının miqdarı xeyli azdır. Yağıntı əsasən payızın sonundan yazın ortalarına qədər düşür. Qobustanın əsas çayı Ceyrankeçməzdir. Suyu şorandır və əsasən yağış suları ilə qidalanır. Ümumiyyətlə, Qobustan ərazisindəki çaylar Baş Qafqazın atmosfer yağıntıları və xırda bulaqlarla qidalanır. Qobustanın bitki örtüyünə gəldikdə isə, ərazi bitki örtüyü cəhətdən kasıbdır. Burada qayalar arasında böyürtkən, doqquzdon, ardıc, dağdağan, cır albalı, dovşan alması, nar, üzüm və s. bitkilərin olması onu sübut edir ki, qədim zamanlarda buranın iqlimi kifayət qədər rütübətli, yəni atmosfer yağıntılarının miqdarı çox olmuşdur. Qobustanın heyvanat aləmi də çox kasıbdır. Əgər əvvəllər burada çoxlu sayda ceyran, dağ keçisi, vəhşi öküz, maral, at, şir və ov üçün digər əhəmiyyətli heyvanlar var idisə, indi isə yalnız canavar, tülkü, boz dovşan, vəhşi pişik, tısbağa və s. görmək olar. 

1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər və qədim arxeoloji abidələr, düşərgələr qeydə alınmış ümumi sahəsi 4400 hektar olan Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları və Yazılıtəpə ərazisi Respublika Nazirlər Sovetinin qərarı ilə Dövlət tarixi bədii qoruğu elan edildi. Buraya həmçinin Şonqardağ və Şıxqaya qayaüstü kolleksiyaları da daхildir.
Qoruğun ərazisi Qobustanın cənub-şərq hissəsində Xəzər dənizindən o qədər də aralı olmayan bir şəhəri əhatə edir. Buradakı dağların üst qatı qalınlığı 10-15 m olan Abşeron əhəngdaşı laylarından ibarətdir. Onların torpaq örtüyü çox da qalın olmayıb, təxminən 20-150 mm təşkil edir.
Qobustan qayaüstü rəsmlərinin mövcudluğu 1939-cu ildə məlum olduqdan sonra ilk dəfə görkəmli Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən onların tədqiqatına başlanılmışdır. O, elə bu ildə Cingirdağ və Yazılıtəpədə, 1940-cı ildə isə Böyükdaş, Kiçikdaş ərazisində qayaüstü rəsmlərin tədqiqatını aparmışdır. Lakin Qobustan rəsmlərinin ardıcıl araşdırılması II Dünya müharibəsi ilə təxirə salınmış, 1947-ci ildən isə bu işə йенидян başlanmışdır. Hal-hazırda Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyasıнда Böyükdaş, Kiçikdaş, Cıngırdağ - Yazılıtəpə, Şonqar, Şıxqaya dağları sahəsində aşkar edilib qeydə alınmış abidələrin sayı təxminən 1000 qaya üzərində 6000-dən çoxdur. Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Buraya insan вя heyvan təsvirləri, vəhşi öküz, keçi, maral, ceyran, at, quş, balıq və digər təsvirlər daxildir. Qayalarda çoxlu sayda qayıq, balıq tutmaq üçün tor şəkilləri, ikiçarxlı araba, dəvə karvanları, svastika, xaç, günəş, bundan əlavə, Azərbaycanın orta əsrlər tarixinin müxtəlif dövrlərinə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılar və I əsrin sonunda XII ildırım sürətli Roma legionunun burada olmasını təsdiq edən qədim Roma yazısı vardır. Müasir Azərbaycan xalq rəqsi olan «Yallı»nı xatırladan tək və qrup halında mərasim rəqslərinə də təsadüf olunur.
Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpədə insan, keçi, maral, vəhşi at, it, ilan, günəş, svastika, damğa, xaç təsvirlərində, həmçinin, yalaq və daş üzərində ikitərəfli deşiklərin olmasında mövzu ümumiliyi mövcuddur. Onlar arasında fərq йалныз tərtibat üslubunda, onların həkk olunması zamanından asılı olaraq rəsmlərin düzülüşünün xarakterindədir.
Çiyinlərində kamanla silahlanmış kişi və qadın təsvirləri, tək və qrup halında rəqs səhnələri, həmçinin öküz, canavar, donuz, qayıq və balıq təsvirləri Böyükdaş dağında yerləşir və daha erkən dövrlərə aid edilir. Oyunlar üçün kiçik kvadratlar, damğalar, oyuqlar, şir təsvirləri, maralların iri rəsmləri isə əsasən Cingirdağ və Yazılıtəpə üçün səciyyəvidir və onlar daha sonrakı dövrlərə aid edilirlər.
Qobustan qədim qayaüstü təsvirlərlə yanaşı, son 34 min il ərzində burada yaşamış və yaratmış qədim insanların düşərgələri, yaşayış yerləri və başqa tarixi-arxeoloji abidələrlə də zəngindir. Burada 1960-cı illərdən qazıntılar başlanıb və üst paleolit dövrünün sonlarından orta əsrlərə qədərki bütün dövrlərə aid «Ana-zağa», «Kənizə», «Ovçular-zağa»sı, «Öküzlər», «Firuz», «Daşaltı», «Ceyranlar» və digər 20-dək marağa, tunc və sonrakı dövrlərə aid olan 40-dan çox kurqan tipli və 2 daş dövrü qəbri abidəsi arxeoloji qazıntılarla tədqiq olunmuş, bir neçə yerdə kəşfiyyat qazıntısı aparılmışdır. Qazıntılar zamanı üzərində rəsmlər olan kiçik daşlar da tapılmışdır.
Qobustanda qayalar üzərində qazılmış diametri 15-40 sm və dərinliyi 10-30 sm olan 436 sayda qədim yalaqlar, həmçinin diametri 5-8 sm olan ikitərəfli dəliklər mövcuddur. Bu yalaqlar qayalar üzərində Qobustan ərazisində qeydə alınmış qədim mədəniyyətin yaradıcıları tərəfindən möhkəm tərkibli daş alətlərlə - çaxmaq daşı, bazalt, yaşma və s. daşlarla oyulmuşlar. Adətən çalalara daş dövrü düşərgələri hesab edilən mağaraların, qayaaltı sığınacaqların qarşısında rast gəlinir. Tədqiqatçılar onların tarixini Neolit dövrünə aid edirlər. Onlar yağış suyunun, qurbanlıq heyvanların qanının toplanması və s. üçün istifadə olunan ən primitiv qablar sayılır. Dəliklərdən isə heyvan bağlamaq və ərzaq asmaq üçün istifadə edirdilər.
Qobustanda maraq doğuran abidələrdən biri də Cingirdağın şimal - şərq ətəyində yerləşən qədim musiqi aləti - Qavaldaşdır. Ona zərbələr endirdikdə daşdan müxtəlif ahəngli səslər çıxır. Qavaldaşın səs çıxarmasına səbəb onun hava yastığı üzərində yerləşdirilməsidir. Qədim qobustanlılar öz bayramlarını, şənliklərini, qayalar üzərində təsvir etdikləri yallı oyunlarını və başqa mərasimlərini bu daşda ifa etməklə keçirmişlər.
Qobustanda qəbir abidələri də tədqiq edilmişdir. Bu baxımdan ərazidə ашкар едилмиш 40-dan çox кurqan tipli qəbir abidəsini misal göstərmək olar. Kurqanlar чох айдын yerüstü əlamətə maliк olub, tək-tək və ya qrup halında qayaların arasında kiçik təbii qalxmalar üstündə və qayalığa yaxın düzdə yerləşmişdir. Bəzi кurqanların bir-birinə çox yaxın olması onların örtük daşlarının dağılıб qarışmasına səbəb olmuşdur.
Qobustan kurqanları daş və torpaq örtüklüdür. Onların ümumi hündürlüyü təxminən 0,5-1,1; diametrləri 5-11 metrdir. Onlarda daş örtüк altında bir cərgə düzülmüş dairəvi daş hasar-kromlexin olması diqqəti cəlb edir. Bəzi кurqanlarda örtük dağıldığından hasar-kromlex yer səthində aydın izlənilir, bəzən isə yaxşı saxlanmış örtük təmizləndikdən sonra üzə çıxır.

Aparılan qazıntılar zamanı müəyyən olunmuşdur ki, Qobustan кurqanlarının örtüyü sadə daş yığıнı deyil, bir növ tikinti xarakteri daşıyır.
Qobustanın qədim qayaüstü təsvirlərinin sonrakı tarixi dövrlərdə ilahi qüvvə tərəfindən yaradıldığının güman edilməsi bu yerlərdə pirlərin yaranmasına, qayalarda mehrablar yonulmasına, qazılmış ayaq izlərinin müqəddəslərin ayaq izləri sayılması və s. kimi inamlara səbəb olmuşdur. Ümumiyyətlə, Qobustan ərazisində pirlər çoxdur. Onlardan bütpərəstlik və atəşpərəstlik dövrlərinin pirləri demək olar ki, tamamilə yaddan çıxmışdır. Bununla belə qayalar üzərində saxlanmış göy cisimlərinin şəkillərinin olması, qədim şəkillərin çoxunun totemizmlə əlaqəli olması, Kərgəz, Şonqar, Turaqay, Kənizə, Cingir baba kimi müəyyən etiqadlarla bağlı dağ adlarının saxlanması bu ərazidə vaxtilə pirlər şəbəkəsinin çoxluğunu göstərir. Bu pirlərdən «Cingir baba», «Huri qızlar», «Sarı baba», «Şıxı qaya» müsəlmançılıqdan əvvəlki dövrlərin dini görüşlərinə uyğundur.
Pir dedikdə, əslində inam, ibadət yeri düşünülür. Bəli, pirə inama, etiqada görə gəlir, ibadət edirlər. Qobustanda formasını və fnuksiyasını saxlamış pirlər əslində müsəlmançılıq dövründə yaranmış pirlərdir: «Qara atlı», «Sofu Həmid», «Sofu Novruz» və s. 

Qobustanın qayaüstü təsvirləri və onlarla əlaqəli olan digər arxeoloji obyektlər qədim mədəniyyət abidələrinin qiymətli kompleksidir. Onların əsasında tarixin daha erkən dövrləri ilə əlaqələri müşahidə etmək olar. Onlar Azərbaycan xalqının qədim dövr tarixinin tədqiqi üçün qiymətli məlumatlar verirlər.
Qobustan Milli tarix-bədii qoruğunda mövcud olan mədəni abidələrin qorunması üçün dövlətimiz tərəfindən bir sıra tədbirlər görülmüşdür.
1950-1960-cı illərdə Qoruğun ərazisində daş karxanaları fəaliyyət göstərirdi. Bu karxanaların işlərinin dayandırılması haqqında Azərbaycan SSR Nazirlər kabineti dəfələrlə qərarlar vermişdir. Lakin son olaraq bu problemin həlli yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirilmişdir. Belə ki, Azərbaycan SSR Nazirlər kabinetinin 1970-ci il 115№-li qərarı ilə Böyükdaş ərazisində yerləşən daş karxanasının qiymətli mədəniyyət abidələri üçün təhlükə yaratdığını nəzərə alaraq 1 yanvar 1971-ci ildən daş kubiklərinin istehsalı dayandırılmışdır.

Wednesday, July 4, 2012

Gaval Dash

Apart from petroglyphs, there is also this musical gemstone known as Gaval Dash. It makes a tambourine-like sound when it is hit in different points. Among the stone books there are a big flat stone formed out of 3 supports. Suffice it to touch the object with a small stone, musical sounds come from it. The Gaval Dash have been formed due the combination of unique climate, oil and gas which can be found in the region of Azerbaijan. The Gaval Dash can only be found in Gobustan, Azerbaijan.

Tuesday, July 3, 2012

About Gobustan Preserve


Gobustan preserve is located in the eastern part of Azerbaijan, on the territory of Beyukdash, Kichikdash and Jingirdag Mountains of Big Gobustan. The peaks of these mountains are covered with a dense layer of fine Absheron limestone with thickness of 10-15 m. Geological age of this layer formed of the remains of sea animals — seashells is measured with millions of years. In the course of a long-lasting geological period the edges of these layers, at the result of the impact of nature – rains, landslides, wind, heat, earthquakes, gradually breaking off were falling down. As a result of this, the feet of the mountains covered with quite big rock stones.

Gobustan preserve is widely known with its rock engravings, monuments of primitive culture not only in our republic but also on the world scale. These monuments are ancient drawings, cupules for preparing fluid diet and gathering of rain water, two-sided hollows for tying-up animals, signs, tamgas, ancient inscriptions and so on. Revealed and registered on more than a thousand rocks and stones these monuments were created by an ancient man and are the reflection of his agricultural and intellectual activity.

Petroglyphs of Gobustan are artistic chronicles of the past. They bear a great importance both for the study of the pre-history of humanity and for the study of lots of spheres of primitive art: graphics, music, dances, the art of stone processing, etc.

Gobustan monuments cover the period of approximately 20 thousand years beginning since the end of Upper Paleolith till the beginning of our era.

For the first time rock carvings of Gobustan were found out in 1939. They were discovered and studied by I.M. Jafarzade. Systematic study of rock carvings started since 1947. Before the formation of Gobustan preserve I.M. Jafarzade revealed about 4 thousand rock carvings on more than 700 rocks on the territory of Beyukdash, Kichikdash and Jingirdag (Jingirdag Mountain is located behind Kaniza Mountain) Mountains. After Gobustan preserve was formed (1966) archaeologist S.Rustamov revealed more than a thousand of ancient rock carvings. Research works on the territory of Gobustan preserve are continued by PhDs F.Muradova and M.Farajova. At present more than 6 thousand rock carvings and more than 100 thousand objects of archaeological material are registered in Gobustan collections.

Today we will get acquaintance with rock carvings of Beyukdash Mountain that comprise the basic part of rock carvings collection. In remote past the climate of Gobustan was more humid. The rainfall amount was comparatively more. The grass cover was marked with diversity richness of fodder crops. In Gobustan, like in savannah, numerous herds of herbivorous animals were pasturing. Ancient people drove the herds of wild animals along the narrow paths together on the peaks of mountains and in such way they were entrapped. Then, fearing them with noise, cries and flame drove them to the brim if precipice and made the fall down. As a result of this they got food for themselves.

On their themes rock carvings of Gobustan are marked with diversity. These are mainly depictions of men, women, ancient ox, cheetah, gazelle, lion, boar, etc. Various signs, tamgas, and also depictions of snake, lizard, swastika, sun, cross, etc. were registered as well. At the same time here one can come across depictions of collective labor scenes, as well as scenes of hunting on different animals and battle scenes.

Publications – АРМТН. M.Farajova «Rock Art of Azerbaijan» «Aspoligraph» Baku – 2009.

On September 11, 2009 within the frames of Baku International Book Exhibition-Fair the presentation ceremony of the book «Rock Art of Azerbaijan» was held by PhD Malahat Farajova.