Qobustanın
ilk tədqiq olunan ərazisi 1939-cu ildə Azərbaycanın görkəmli arxeoloqu
İ.M.Cəfərzadə tərəfindən aşkarlanmış Cingirdağ ərazisində yerləşən Yazılı
təpədəki qayaüstü təsvirlər olmuşdur. Böyükdaş və Kiçikdaş dağlarının
ərazisində olduğu kimi Cingirdağda da ümumi məzmunlu rəsmlər – insan, keçi,
maral, vəhşi at, it, ilan, günəş, svastika, damğa və xaç təsvirləri, həmçinin
ilmələr və su çuxarları vardır. Lakin Cingirdağ ərazisi üçün xarakterik
təsvirlər də vardır ki, bunlara nisbətən sonrakı dövrə aid edilən oyun üçün
kvadratlar, damğalar, çalalar, şir təsvirləri və iri maral rəsmləridir. Cingirdağ
dağı Kənizədağ palçıq vulkanından şimal-qərbdə 2-3 km-ə qədər uzanır. Cinğirdağ
ərazisində və Yazılı təpədə təsvirli 1970-ci illərə qədər 164 daş qeydə
alınmışdır. Cingirdağda “Qavaldaş” adı ilə məhşur olan qədim musiqi – çalğı
daşı da vardır.