Monday, June 3, 2013

Cingirdağ. Djingirdagh.

Qobustanın ilk tədqiq olunan ərazisi 1939-cu ildə Azərbaycanın görkəmli arxeoloqu İ.M.Cəfərzadə tərəfindən aşkarlanmış Cingirdağ ərazisində yerləşən Yazılı təpədəki qayaüstü təsvirlər olmuşdur. Böyükdaş və Kiçikdaş dağlarının ərazisində olduğu kimi Cingirdağda da ümumi məzmunlu rəsmlər – insan, keçi, maral, vəhşi at, it, ilan, günəş, svastika, damğa və xaç təsvirləri, həmçinin ilmələr və su çuxarları vardır. Lakin Cingirdağ ərazisi üçün xarakterik təsvirlər də vardır ki, bunlara nisbətən sonrakı dövrə aid edilən oyun üçün kvadratlar, damğalar, çalalar, şir təsvirləri və iri maral rəsmləridir. Cingirdağ dağı Kənizədağ palçıq vulkanından şimal-qərbdə 2-3 km-ə qədər uzanır. Cinğirdağ ərazisində və Yazılı təpədə təsvirli 1970-ci illərə qədər 164 daş qeydə alınmışdır. Cingirdağda “Qavaldaş” adı ilə məhşur olan qədim musiqi – çalğı daşı da vardır.













No comments:

Post a Comment