2 dekabr 2013-cü il tarixində Qobustan Milli Tarix Bədii qoruğunda “İshaq
Cəfərzadənin Məqalələr Toplusu” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən qoruğun direktoru Məlahət Fərəcova və İshaq Cəfərzadə ilə
birlikdə işləmiş arxeoloqlar Vəli Əliyev, İlyas Babayev və Mansur Mansurov
görkəmli arxeoloqun Azərbaycan arxeologiya elminə verdiyi töhvələrdən söz
açmışlar.
İlk azərbaycanlı arxeoloqlardan olan İshaq Cəfərzadə
Azərbaycanın arxeologiyası və etnoqrafiyasının öyrənilməsində böyük xidmətləri
olan şəxsiyyətdir. Onun tədqiq etdiyi abidələr arasında indi hamıya yaxşı tanış
olan Bayıl qalası, Xocalı kurqanları, qədim Gəncə, Örənqala, Xaçbulaq və s.
var. İshaq Cəfərzadənin Azərbaycan arxeologiyasına ən böyük töhfəsi onun məhz
Qobustan qayaüstü rəsmləri və Qobustanın arxeologiyası ilə bağlı
tədqiqatlarıdır. Görkəmli alim 1939-cu ildə Qobustan qayaüstü rəsmlərini aşkar
etdikdən sonra ömrünün qalan hissəsini məhz bu abidənin öyrənilməsinə sərf
etmişdir. Məhz onun səyi nəticəsində 1966-cı ildə Qobustan qoruğu
yaradılmışdır.
Kitabın
nəşrində əsas məqsəd gənc nəsli, gənc tədqiqatçıları və arzu edən hər kəsi
İshaq Cəfərzadənin zəngin elmi irsi ilə yaxından tanış etməkdir.
Kitabda
İshaq Cəfərzadənin müxtəlif illərdə müxtəlif toplu və jurnallarda çıxmış 23 məqaləsi xronoloji ardıcıllıqla
təqdim olunur.
2 декабря 2013-го
года в Гобустанском Национальном Историко-Художественном заповеднике была
проведена презентация книги “Сборник статей Исхага Джафарзаде”. Выступившие
на данном мероприятии директор заповедника Малахат Фараджева и археологи,
работавшие вместе с Исхагом Джафарзаде, Вели Алиев, Ильяс Бабаев и Мансур Мансуров, говорили
о вкладе известного археолога в археологическую науку Азербайджана.
Являющийся
одним из ранних азербайджанских археологов, Исхаг Джафарзаде внес большой вклад в изучение
археологии и этнографии Азербайджана. Среди тех
памятников, изучением которых занимался Исхаг Джафарзаде, можно
назвать хорошо всем известные сегодня Баиловский замок, Ходжалинские курганы, древнюю
Гянджу, Оренгала, Хаджбулаг и т.д.
Самый большой вклад в археологию Азербайджана Исхаг Джафарзаде внес
своими исследованиями именно наскальных рисунков Гобустана и археологии
Гобустана. После обнаружения наскальных рисунков Гобустана в 1939-ом году, выдающийся ученый потратил
оставшуюся часть своей жизни изучению именно этого памятника. Именно благодаря
его стараниям в 1966-ом году был образован Гобустанский заповедник.
Главная цель
издания книги - поближе познакомить молодое поколение, молодых исследователей и всех
желающих с богатым научным наследием Исхага Джафарзаде.
Книга
состоит из 23 статей, расположенных в
хронологическом порядке, которые были
написаны Исхагом Джафарзаде в разные годы и изданы в
различных журналах и сборниках.
On December 2, 2013 presentation
of the book "Ishaq Jafarzadeh’s Collection of Articles” was held in
Gobustan National Historical-Artistic reserve. The director of the reserve
Malahat Farajova and archaeologists, who worked together with Ishaq Jafarzadeh-
Vali Aliyev, Ilyas Babayev and Mansur Mansurov spoke about the contribution of the
famous archaeologist into archaeological science of Azerbaijan.
Being one of the earliest
Azerbaijani archaeologists Ishaq Jafarzadeh made a great contribution into
the study of archaeology and ethnography of Azerbaijan. Among the monuments,
studied by Ishaq Jafarzadeh we can mention well-known today Bail castle,
Khojaly mounds, ancient Ganja, Orengala, Hajbulag etc. The biggest contribution
into the archaeology of Azerbaijan Ishaq Jafarzade made by studying Gobustan
rock carvings and archaeology of Gobustan. After discovering Gobustan rock carvings
in 1939, the outstanding scholar spent the rest of his life studying this
monument. Due to his efforts Gobustan reserve was established in 1966.
The main objective of the book publication
is to acquaint younger generation, young researchers and everyone who who is
interested, with rich scientific heritage of Ishaq Jafarzadeh.
The book contains 23 articles, arranged
in chronological order, which were written by Ishaq Jafarzadeh in different
years and published in various journals and anthologies.
No comments:
Post a Comment