Tuesday, December 3, 2013

İshaq Cəfərzadə-kitab təqdimatı. Презентация книги. Presentation of the book.

2 dekabr 2013-cü il tarixində Qobustan Milli Tarix Bədii qoruğunda “İshaq Cəfərzadənin Məqalələr Toplusu” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən qoruğun direktoru Məlahət Fərəcova və İshaq Cəfərzadə ilə birlikdə işləmiş arxeoloqlar Vəli Əliyev, İlyas Babayev və Mansur Mansurov görkəmli arxeoloqun Azərbaycan arxeologiya elminə verdiyi töhvələrdən söz açmışlar.
İlk azərbaycanlı arxeoloqlardan olan İshaq Cəfərzadə Azərbaycanın arxeologiyası və etnoqrafiyasının öyrənilməsində böyük xidmətləri olan şəxsiyyətdir. Onun tədqiq etdiyi abidələr arasında indi hamıya yaxşı tanış olan Bayıl qalası, Xocalı kurqanları, qədim Gəncə, Örənqala, Xaçbulaq və s. var. İshaq Cəfərzadənin Azərbaycan arxeologiyasına ən böyük töhfəsi onun məhz Qobustan qayaüstü rəsmləri və Qobustanın arxeologiyası ilə bağlı tədqiqatlarıdır. Görkəmli alim 1939-cu ildə Qobustan qayaüstü rəsmlərini aşkar etdikdən sonra ömrünün qalan hissəsini məhz bu abidənin öyrənilməsinə sərf etmişdir. Məhz onun səyi nəticəsində 1966-cı ildə Qobustan qoruğu yaradılmışdır.
Kitabın nəşrində əsas məqsəd gənc nəsli, gənc tədqiqatçıları və arzu edən hər kəsi İshaq Cəfərzadənin zəngin elmi irsi ilə yaxından tanış etməkdir.
Kitabda İshaq Cəfərzadənin müxtəlif illərdə müxtəlif toplu və jurnallarda  çıxmış 23 məqaləsi xronoloji ardıcıllıqla təqdim olunur.










2 декабря 2013-го года в Гобустанском Национальном Историко-Художественном заповеднике была проведена презентация книги “Сборник статей Исхага Джафарзаде”. Выступившие на данном мероприятии директор заповедника Малахат Фараджева и археологи, работавшие вместе с Исхагом Джафарзаде, Вели Алиев, Ильяс Бабаев и Мансур Мансуров, говорили о вкладе известного археолога в археологическую науку Азербайджана.
Являющийся одним из ранних азербайджанских археологов, Исхаг Джафарзаде внес большой вклад в изучение археологии и этнографии Азербайджана.   Среди тех памятников, изучением которых занимался Исхаг Джафарзаде, можно назвать хорошо всем известные сегодня Баиловский замок, Ходжалинские курганы, древнюю Гянджу, Оренгала, Хаджбулаг и т.д.  Самый большой вклад в археологию Азербайджана Исхаг Джафарзаде внес своими исследованиями именно наскальных рисунков Гобустана и археологии Гобустана. После обнаружения наскальных рисунков Гобустана в 1939-ом году, выдающийся ученый потратил оставшуюся часть своей жизни изучению именно этого памятника. Именно благодаря его стараниям в 1966-ом году был образован Гобустанский заповедник.
Главная цель издания книги - поближе познакомить молодое поколение, молодых исследователей и всех желающих с богатым научным наследием  Исхага Джафарзаде.  
Книга состоит из 23 статей, расположенных в хронологическом порядке,  которые были написаны Исхагом Джафарзаде в разные годы и изданы в различных журналах и сборниках.

On December 2, 2013 presentation of the book "Ishaq Jafarzadeh’s Collection of Articles” was held in Gobustan National Historical-Artistic reserve. The director of the reserve Malahat Farajova and archaeologists, who worked together with Ishaq Jafarzadeh- Vali Aliyev, Ilyas Babayev and Mansur Mansurov spoke about the contribution of the famous archaeologist into archaeological science of Azerbaijan.
Being one of the earliest Azerbaijani archaeologists Ishaq Jafarzadeh made ​​a great contribution into the study of archaeology and ethnography of Azerbaijan. Among the monuments, studied by Ishaq Jafarzadeh we can mention well-known today Bail castle, Khojaly mounds, ancient Ganja, Orengala, Hajbulag etc. The biggest contribution into the archaeology of Azerbaijan Ishaq Jafarzade made by studying Gobustan rock carvings and archaeology of Gobustan. After discovering Gobustan rock carvings in 1939, the outstanding scholar spent the rest of his life studying this monument. Due to his efforts Gobustan reserve was established in 1966.
The main objective of the book publication is to acquaint younger generation, young researchers and everyone who who is interested, with rich scientific heritage of Ishaq Jafarzadeh.
The book contains 23 articles, arranged in chronological order, which were written by Ishaq Jafarzadeh in different years and published in various journals and anthologies.

Friday, September 13, 2013

Гобустан глазами известного блоггера

Гобустан - это одна из визитных карточек Азербайдажана. Это заповедник, в котором вы сможете прокатиться на машине времени на насколько тысяч лет назад…

Известный блогер-путешественник Александр Чебан посвятил одну из своих записей в LiveJournal Гобустану. Представляем ссылку на блог Александра Чебана.



Гобустан: путешествие в палеолит

«Хочу знать» с Михаилом Ширвиндтом в Гобустане.


Monday, July 15, 2013

Dünyanın o biri üzündəki insanlar

Hazırladı: Rəhman Abdullayev


Bizim yaxşı bir deyimimiz var – insan tanımadığı şeydən qorxar. İnsanın ətraf aləmi, özünü, təbiətin qanunlarını öyrənməyə can atmasının səbəbi də yəqin ki, elə budur – “tanımadığı şeydən qorxmağı”. Cəmiyyət insanların cəmi olduğundan bu xüsusiyyət cəmiyyətlərə də aiddir. Deyirlər ərəblərin xəzərlərlə ilk döyüşlərdə məğlub olmasının səbəbi onların qeyri-adi geyimləri olub. Ərəblər düşünürmüş ki, bunlar insan deyil. Eynən “13-cü döyüşçü” filmində olduğu kimi.
İndiki dövrdə cəmiyyətlərin bir-biri haqqında informasiyalılığı 7-ci əsrlə müqayisədə yüksək olsa da, informasiyasızlıqdan doğan problemlər yenə də var. Müasir dövrdə bu informasiya qıtlığını aradan qaldırmaq üçün kifayət qədər vasitə olsa da ( TV, internet, mətbuat və s.) bəzən bu vasitələrin effekti ürəyaçan olmur. Mətbuatda, intenetdə, TV-lərdə biz xarici ölkələrdən əsasən təbii fəlakət, iğtişaşlar, müharibələr, ən yaxşı halda isə seçkilər və siyasətçilərin səfərlərini haqqında informasiyalar alırıq. Bu tipli xoş olmayan informasiyalar isə istər-istəməz bizdə heç vaxt görmədiyimiz ölkələr haqqında mənfi fikirlər yaradır. Məsələn mətbuatda, TV-lərdə ABŞ haqqında eşitdiyimiz informasiyalar ya müharibə ilə, ya təbii fəlakətlə, ya terrorla bağlı xəbərlərdir. Onların bizim haqqımızda fikirlərini isə bir azdan yazacağam.
ABŞ Dövlət Departamentinin bu informasiyasızlıq şəraitini aradan qaldırmağa yönəlmiş bir proqramı var – “Museums Connect”. Hər il bir neçə ABŞ muzeyi ilə müxtəlif ölkələrin muzeylərinin təmsil etdiyi icmaların qarşılıqlı səfərləri təşkil olunur və bu səfərlər zamanı iştirakçılar yerli icmanın mədəniyyəti, adət-ənənələri ilə tanış olur.
“Museums Connect 2012”-nin iştirakçılarından biri də Qobustan Milli tarix-bədii qoruğu oldu. Amerika Hindularının Milli muzeyi Pueblo hindu tayfasının təmsilçisi kimi, Qobustan muzeyi isə Azərbaycanın təmsilçisi kimi “Qayalarda yazılanlar” (Written in Rock) proqramı əsasında 1 il ərzində əməkdaşlıq etdi.
2012-ci ilin oktyabr ayında ABŞ-dan olan iştirakçılar Azərbaycanda bir həftəlik səfərdə oldular. Qonaqlar bir həftə ərzində Qobustan abidələri ilə və Bakıətrafı abidələrlə tanış oldular.
2013-cü il 24-31 mart tarixlərində Azərbaycanlı iştirakçılar Pueblo Hindu tayfasının tarixi torpaqlarının yerləşdiyi New Mexico ştatında səfərdə oldular.
“Pueblo” 16-cı əsrdə İspanlar indiki ABŞ-ın cənub-qərb ərazilərini işğal edərkən burada yaşayan əhaliyə verdiyi addır. “Pueblo” ispan dilində xalq deməkdir, həm də bir yaşayış məntəqəsində yaşayan hindu icmasına da pueblo deyilir. Hal-hazırda 21 pueblo mövcuddur və ya Publo tayfası 21 icmadan ibarətdir. Ümumiyyətlə hinduların tayfa ierarxiyası türk tayfalarının quruluşu ilə demək olar ki eynidir – böyük tayfa ittifaqları, ayrıca tayfalar, daha xırda qəbilələr və s. Pueblo tayfasının vahid dili yoxdur. Çünki Pueblo əslində təbii tayfa quruluşu deyil müəyyən ərazidə yaşayan tayfaların ittifaqıdır. Hər tayfanın hətta bəzən xırda qəbilələrin özünəməxsus dili var. Hopi, Zuni, Acoma, Laquna və s.- bunlar Pueblonu təşkil edən tayfaların adıdır. Səhv etmirəmsə sayları 600 mindir. New Mexico ştatı ABŞ-da faiz nisbətinə görə ən çox hindu yaşayan ştatdır. Ştatın ən böyük şəhəri olan Albuquerque şəhərinə ilk addımlarımı atanda artıq hindu mədəniyyətinin təsirini hiss etməyə başladım.

Albuquerque hindu, ispan və amerikan mədəniyyətlərinin qarışığından yaranmış bir şəhərdir. Müxtəlif mədəniyyətlərin kəsişməsində həmişə orijinallıq yaranır( bu fikri sübut edən bir nümunə də Azərbaycan mədəniyyətidir).
“Written in Rock” proqramına Qobustan və Pueblo Hindu tayfasının seçilməsinin səbəbi petroqliflər idi. Pueblo tayfasının mədəniyyətinə qayaüstü rəsmlərin xüsusi yeri var. Bizdən fərqli olaraq Pueblo üçün qayaüstü rəsmlərin dini, mənəvi əhəmiyyəti hələ də aktualdır. Ona görə də qayaüstü rəsmlərin fotolarını burda paylaşa bilməyəcəyəm. Ancaq bir şey aydındır ki, hinduların qayaüstü incəsənətini öyrənməklə biz daha qədim qayaüstü rəsmlərin mahiyyətini dərk edə bilərik.


Hal-hazırda Pueblonun başlıca problemi ana dilinin qorunmasıdır. Cəmi 2 % 

 Pueblo ana dilində danışır. Təcili tədbirlər görülməsə bir neçə nəsildən sonra bəzi xırda dillər itə bilər. Albuquerque-də yerləşən Pueblo Hindularının Mədəniyyət Mərkəzində (Indian Pueblo Cultural Center) çəkilmiş bu şəkil bir xalq üçün ana dilinin əhəmiyyətini gözəl şəkildə ifadə edir.
Səfərimiz Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən özümüzlə bayram xonçası üçün lazım olan bütün ləvazimatları aparmışdıq.


        
Bu foto Institute of American Indian Art-da (IAIA) çəkilib. Azərbaycan haqqında yarım saatlıq təqdimatdan sonra institutun rektoru belə bir sual verdi: geyimləriniz, yeməkləriniz, mədəniyyətiniz erməni mədəniyyətinə çox oxşayır. Diliniz də erməni dilidir?

Atlantik okeanı sahillərindən Sakit okean sahillərinə qədər uzanan məhşur “route 66” Albuquerque-nin mərkəzindən keçir.


Albuquerque şəhərinin ətrafında ABŞ-ın ən böyük hərbi aerodromları yerləşir. Ona görə səmada bu cür mənzərələri tez-tez görmək olar.



İspanlar bu əraziləri işğal edəndə bütün yaşayış məntəqələrində böyük kilsələr tikiblər. Özü də kilsə bütün tikililərdən, xüsusilə də hinduların dini mərasimlərini keçirdikləri plazadan hündürdə olmalı idi.
Dostumuz Jonathan Simsin kəndi – Acomaya gedən yol. 

Acoma həm də Pueblo yaşayış tərzini əks etdirən qədim yaşayış məskəni – açıq səma altında muzeydir.
Orta əsrlərdə Pueblolar evlərinə bu pilləkənlər vasitəsilə üstdən girirmişlər. Yəni evlərin qapısı olmurdu. İspanlar hücum edən zaman pilləkənləri qaldırırdılar və müdafiə olunurdular.



Adını bilmədiyim səhranın üzərindən uçarkən. New Mexico ştatının böyük hissəsi bu cür səhralardan ibarətdir.


Albuquerque-də mədəni irsə münasibət. Yeni dayanacaq tikirlər amma köhnəsini sökmürlər.

Qarğıdalı və chilly – hindu mətbəxinin simvolları.



#WritteninRock #Gobustan #Rockart #NewMexico #Indians #Pueblo #Route66 #Petrogliph #SmithsonianInstitution

Thursday, July 11, 2013

Гобустанский Национальный Историко-Художественный Заповедник

Историческая справка.
          Гобустан–всхолмленный гористый участок, занимающий юго-восточное окончание Большого Кавказского хребта, главным образом в бассейне реки Джейранкечмез, между средним и нижним течением рек Пирсагат и Сумгаит.
          Территория Гобустана изрезана многочисленными, иногда довольно глубокими оврагами, балками (по азербайджански – «гобу»). Отсюда и название Гобустан.
          В 1966 году Постановлением Совета Министров Азербайджанской Республики был создан Гобустанский Государственный историко-художественный заповедник, территория которого составляла 4400 га.  Под охрану были взяты горы  Беюкдаш, Кичикдаш, Джингирдаг и холм Язылы. Эти горы расположены  недалеко от Каспийского моря, в юго-восточной части Гобустана. Верхняя поверхность  гор покрыта известняковым пластом из плотного апшеронского мелького ракушечника толщиной до 10-15м, который лежит под слоем наносной почвы в 20-150 см.
            С течением веков под воздействием подземных толчков, солнца,  ветра, атмосферных осадков от краев пласта известняка откалывались глыбы камней и скатывались по склону. Здесь, в районе фантастического разрушения скал  от навалившихся друг на друга огромных глыб образовалось около 20 больших и малых пещер и навесов, служивших людем убежищем от непогоды. На стенах  этих убежищ, внутри и снаружи, высечены  рисунки людей, животных и различные знаки. Именно здесь, сохранился один из интереснейших комплексов памятников древней культуры – наскальные изображения.
             Впервые наскальные изображения Гобустана были выявлены выдающимся азербайджанским археологом И.М.Джафарзаде в 1939 году у подножия горы Джингирдаг и холма Язылы, а в 1940 году в районе гор Беюкдаш и Кичикдаш. Систематическое изучение наскальных изображение Гобустана ведется с 1947 года. На поверхности примерно 1000 скал выявлены контурные и силуэтные рисунки людей, животных, различные знаки и надписи. В настоящее время количество выявленных рисунков превышает 6000, которые охватывают период от верхнего палеолита до средних веков.
              Наскальные изображения Гобустана отличаются разнообразием тематики, оригинальностью сюжетов и определенным художественным мастерством.
               На скалах встречаются изображения  людей мужского и женского пола, диких быков, безоаровых козлов, оленей, львов, диких газелей, лошадей, собак, волков, свиней. И животных неопределенной видовой принадлежности. Также зарегистрированы изображения сцен конной и пешей охоты, батальные сцены, сцены коллективного труда, жертвоприношения, сцена жатвы. Сохранились рисунки одиночных и групповых ритуально-обрядовых танцев, напоминающих современный азербайджанский народный танец «Яллы».  На многих рисунках изображены лодки с весьма схематично намеченными в них людьми. Зафиксированы рисунки примитивной   двухколесной арабы, контурные рисунки рыб,  караванов верблюдов, силуэтные изображения следов  человеческой ступни, рельефной арки, имевшей вероятно культовое значение. Взяты на учет рисунки змей, ящериц, солнца, звезд, свастики, крестов и многих других знаков и тамг.
            Наряду с этими изображениями имеются  высеченные арабским алфавитом надписи, относящиеся к разным периодам средневековой истории Азербайджана, а также древнелатинская надпись, свидетельствующая о пребывании  здесь в конце 1 века, ХП  молниеносного  римского легиона .
             Вблизи подскальных убежищ обнаружено большое количество камней со сквозными отверстиями диаметром 5-8 см, которые применялись для привязи животных. Здесь же на скалах зарегистрировано много чашечных углублений диаметром 15-40 см и глубиной 10-30см. Эти углубления являются самыми древними примитивными сосудами для сбора и хранения дождевой воды, собирания жертвенной крови животных и т.д.
             Очень интересен камень, находящийся у северо-восточного подножия Джингирдага и известный  под названием «Гавалдаш» («Камень-бубен»). При ударе по нему камнями различной величины он издает металлический звон различного тона. Возможно, этот звучащий камень использовался в качестве примитивного ударного музыкального инструмента при совершении ритуально-обрядовых танцев.
            Общими по тематике для гор Беюкдаш, Кичикдаш, Джингирдаг и холма Язылы являются изображения людей, козлов, оленей, диких лошадей, собак, змей, солнца, свастики, тамг, крестов, а также чашечные углубления и сквозные отверстия на камнях. Разница между ними заключается только в стиле оформления, характере построения рисунков для каждого участка – в зависимости от времени их высекания.
            Квадратики для игр, тамги, лунки, изображения львов, крупные рисунки оленей характерны в основном для зоны горы Джингирдаг и холма Язылы и относятся к более позднему периоду. Изображения женщин и мужчин, вооруженных через плечи луками, сцены групповых и одиночных танцев, а также рисунки быков, волков, свиней, лодок и рыб находятся на  горе Беюкдаш и датируются более ранними периодами.
            На территории Гобустана  раскопано и изучено около 40 курганов эпохи бронзы и последующих эпох. В них обнаружены глиняные и керамические посуды, предметы украшения (в основном бусы из ракушечника, амулеты из гальки), оружие и другие материалы.
             В настоящее время  в фондах Гобустанского заповедника хранится более 100 тысяч археологического материала.

         Наскальные изображения и другие, связанные с ними археологические объекты Гобустана являются ценным комплексом памятников древней культуры, по которым можно проследить связь с еще более отдаленными периодами истории. Они дают ценные сведения для изучения древнейшего периода истории азербайджанского народа. Этот комплекс представляет немалый интерес и для изучения ряда вопросов геологии, ботаники, почвоведения и других отраслей науки.

Monday, June 3, 2013

Cingirdağ. Djingirdagh.

Qobustanın ilk tədqiq olunan ərazisi 1939-cu ildə Azərbaycanın görkəmli arxeoloqu İ.M.Cəfərzadə tərəfindən aşkarlanmış Cingirdağ ərazisində yerləşən Yazılı təpədəki qayaüstü təsvirlər olmuşdur. Böyükdaş və Kiçikdaş dağlarının ərazisində olduğu kimi Cingirdağda da ümumi məzmunlu rəsmlər – insan, keçi, maral, vəhşi at, it, ilan, günəş, svastika, damğa və xaç təsvirləri, həmçinin ilmələr və su çuxarları vardır. Lakin Cingirdağ ərazisi üçün xarakterik təsvirlər də vardır ki, bunlara nisbətən sonrakı dövrə aid edilən oyun üçün kvadratlar, damğalar, çalalar, şir təsvirləri və iri maral rəsmləridir. Cingirdağ dağı Kənizədağ palçıq vulkanından şimal-qərbdə 2-3 km-ə qədər uzanır. Cinğirdağ ərazisində və Yazılı təpədə təsvirli 1970-ci illərə qədər 164 daş qeydə alınmışdır. Cingirdağda “Qavaldaş” adı ilə məhşur olan qədim musiqi – çalğı daşı da vardır.













Tuesday, February 19, 2013

Qavaldaş. Gavaldash. Гавалдаш.



    Qobustan Milli-Tarix Bədii Qoruğu unikal abidələrlə zəngindir. Burada siz ecazkar qayaüstü rəsmlərdən başqa ulu babalarımızın musiqi mədəniyyətinin maddi sübutu olan Qavaldaşı görə bilərsiniz. Qavaldaş qayalarda həkk olunmuş Yallı rəqsinin ifa olunduğu ən qədim zərb alətidir.
   
   Qobustanda Cingirdağda və Böyükdaş dağının aşağı səkisində olmaqla iki ədəd Qavaldaş qeydə alınmışdır.
   
   Qavaldaş həm də qədim Qobustan sakinlərinin empirik biliklərinin texniki kəşfə çevrildiyi ixtiradır. Qobustanın qədim sakinləri məsaməli əhəng daşından ibarət qaya parçalarının arasında havanın sərbəst hərəkət etməsi üçün boşluq yaranan zaman, qayalara toxunduqda alınan səsi müşahidə etmişlər. Bu müşahidələrin nəticəsi olaraq Qavaldaşını ixtira etmişlər. Qayanın müxtəlif yerlərinə daşlarla toxunduqda müxtəlif tonlarda səslər almaq mümkündür. Çox güman ki, qədim Qobustanlıların qarğı, qamış, dəri, ağacdan hazırlanmış başqa alətləri də olmuşdur. Lakin o alətlər bizə gəlib çatmamışdır.





      Gobustan National Historical - Artistic Preserve is rich with unique monuments. Here, alongside with marvellousrock carvings, you can see also gavaldash – one of the material evidences musical culture of our ancestors. Tamborine is the most ancient percussion tool that was used to accompany Yally dance engraved in the rocks.

     Two gavaldashes were fixed in Gobustan, namely in Jingirdagh and low teraace of Beyukdash Mountain.

    Gavaldash is at the same time a technical discovery of ancient Gobustan dwellers` empirical knowledge. Ancient residents of Gobustan observed the sounds that were formed when touching rock pieces of porous limestone, between which gaps were formed for the free air flow. The result of these observations was their discovery of gavaldash. When touching various parts of the rocks with a stone it is possible to get sounds of various tone. Presumably ancient Gobustan dwellers had other instruments made of reed, cane, skin and wood. However, those instruments have not been preserved up today.





      Гобустанский Национальный Историка – Художественный заповедник богат уникальными памятниками. Здесь, кроме замечательных наскальных рисунков, вы сможете увидеть материальное свидетельство музыкальной культуры наших предков – гавалдаш. Гавалдаш является самым древним ударным инструментом, под который исполнялся танец Яллы, запечатленный на скалах.

     Два гавалдвша зарегистрированы в Гобустане, на горе Джингирдаг и на нижний террасе горы Беюкдаш.

     Гавалдаш в то же время является свидетельством эмпирических знаний древних жителей Гобустана, благодаря которым было сделано это техническое открытие. Древние жители Гобустана наблюдали тот факт , что при прикосновении к скалам, состоящим из пористого известняка, и содержащим пустоты для свободных потоков воздуха, , возникали различные звуки. Результатом этих наблюдений стало открытие  гавалдаша. Если ударить камнем частях скалы можно получить звуки различной тональности. Вполне возможно, что у древних гобустанцев были и другие  и инструменты, сделанные из тростника, камыша, шкуры и дерева. Однако эти инструменты не сохранились до наших дней.