Night photographing is one of the learning methods of petroglyphs. Under artificial light we can observe rock carvings more clearly than midday.
Wednesday, March 8, 2017
Monday, March 6, 2017
Saturday, January 25, 2014
Tuesday, December 3, 2013
İshaq Cəfərzadə-kitab təqdimatı. Презентация книги. Presentation of the book.
2 dekabr 2013-cü il tarixində Qobustan Milli Tarix Bədii qoruğunda “İshaq
Cəfərzadənin Məqalələr Toplusu” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən qoruğun direktoru Məlahət Fərəcova və İshaq Cəfərzadə ilə
birlikdə işləmiş arxeoloqlar Vəli Əliyev, İlyas Babayev və Mansur Mansurov
görkəmli arxeoloqun Azərbaycan arxeologiya elminə verdiyi töhvələrdən söz
açmışlar.
İlk azərbaycanlı arxeoloqlardan olan İshaq Cəfərzadə
Azərbaycanın arxeologiyası və etnoqrafiyasının öyrənilməsində böyük xidmətləri
olan şəxsiyyətdir. Onun tədqiq etdiyi abidələr arasında indi hamıya yaxşı tanış
olan Bayıl qalası, Xocalı kurqanları, qədim Gəncə, Örənqala, Xaçbulaq və s.
var. İshaq Cəfərzadənin Azərbaycan arxeologiyasına ən böyük töhfəsi onun məhz
Qobustan qayaüstü rəsmləri və Qobustanın arxeologiyası ilə bağlı
tədqiqatlarıdır. Görkəmli alim 1939-cu ildə Qobustan qayaüstü rəsmlərini aşkar
etdikdən sonra ömrünün qalan hissəsini məhz bu abidənin öyrənilməsinə sərf
etmişdir. Məhz onun səyi nəticəsində 1966-cı ildə Qobustan qoruğu
yaradılmışdır.
Kitabın
nəşrində əsas məqsəd gənc nəsli, gənc tədqiqatçıları və arzu edən hər kəsi
İshaq Cəfərzadənin zəngin elmi irsi ilə yaxından tanış etməkdir.
Kitabda
İshaq Cəfərzadənin müxtəlif illərdə müxtəlif toplu və jurnallarda çıxmış 23 məqaləsi xronoloji ardıcıllıqla
təqdim olunur.
2 декабря 2013-го
года в Гобустанском Национальном Историко-Художественном заповеднике была
проведена презентация книги “Сборник статей Исхага Джафарзаде”. Выступившие
на данном мероприятии директор заповедника Малахат Фараджева и археологи,
работавшие вместе с Исхагом Джафарзаде, Вели Алиев, Ильяс Бабаев и Мансур Мансуров, говорили
о вкладе известного археолога в археологическую науку Азербайджана.
Являющийся
одним из ранних азербайджанских археологов, Исхаг Джафарзаде внес большой вклад в изучение
археологии и этнографии Азербайджана. Среди тех
памятников, изучением которых занимался Исхаг Джафарзаде, можно
назвать хорошо всем известные сегодня Баиловский замок, Ходжалинские курганы, древнюю
Гянджу, Оренгала, Хаджбулаг и т.д.
Самый большой вклад в археологию Азербайджана Исхаг Джафарзаде внес
своими исследованиями именно наскальных рисунков Гобустана и археологии
Гобустана. После обнаружения наскальных рисунков Гобустана в 1939-ом году, выдающийся ученый потратил
оставшуюся часть своей жизни изучению именно этого памятника. Именно благодаря
его стараниям в 1966-ом году был образован Гобустанский заповедник.
Главная цель
издания книги - поближе познакомить молодое поколение, молодых исследователей и всех
желающих с богатым научным наследием Исхага Джафарзаде.
Книга
состоит из 23 статей, расположенных в
хронологическом порядке, которые были
написаны Исхагом Джафарзаде в разные годы и изданы в
различных журналах и сборниках.
On December 2, 2013 presentation
of the book "Ishaq Jafarzadeh’s Collection of Articles” was held in
Gobustan National Historical-Artistic reserve. The director of the reserve
Malahat Farajova and archaeologists, who worked together with Ishaq Jafarzadeh-
Vali Aliyev, Ilyas Babayev and Mansur Mansurov spoke about the contribution of the
famous archaeologist into archaeological science of Azerbaijan.
Being one of the earliest
Azerbaijani archaeologists Ishaq Jafarzadeh made a great contribution into
the study of archaeology and ethnography of Azerbaijan. Among the monuments,
studied by Ishaq Jafarzadeh we can mention well-known today Bail castle,
Khojaly mounds, ancient Ganja, Orengala, Hajbulag etc. The biggest contribution
into the archaeology of Azerbaijan Ishaq Jafarzade made by studying Gobustan
rock carvings and archaeology of Gobustan. After discovering Gobustan rock carvings
in 1939, the outstanding scholar spent the rest of his life studying this
monument. Due to his efforts Gobustan reserve was established in 1966.
The main objective of the book publication
is to acquaint younger generation, young researchers and everyone who who is
interested, with rich scientific heritage of Ishaq Jafarzadeh.
The book contains 23 articles, arranged
in chronological order, which were written by Ishaq Jafarzadeh in different
years and published in various journals and anthologies.
Friday, September 13, 2013
Гобустан глазами известного блоггера
Гобустан - это одна из визитных карточек Азербайдажана. Это заповедник, в котором вы сможете прокатиться на машине времени на насколько тысяч лет назад…
Известный блогер-путешественник Александр Чебан посвятил одну из своих записей в LiveJournal Гобустану. Представляем ссылку на блог Александра Чебана.
Monday, July 15, 2013
Dünyanın o biri üzündəki insanlar
Hazırladı: Rəhman Abdullayev
Albuquerque şəhərinin ətrafında ABŞ-ın ən böyük hərbi aerodromları yerləşir. Ona görə səmada bu cür mənzərələri tez-tez görmək olar.
Bizim yaxşı bir
deyimimiz var – insan tanımadığı
şeydən qorxar. İnsanın ətraf aləmi, özünü, təbiətin qanunlarını öyrənməyə can
atmasının səbəbi də yəqin ki, elə budur – “tanımadığı şeydən qorxmağı”. Cəmiyyət
insanların cəmi olduğundan bu xüsusiyyət cəmiyyətlərə də aiddir. Deyirlər ərəblərin
xəzərlərlə ilk döyüşlərdə məğlub olmasının səbəbi onların qeyri-adi geyimləri
olub. Ərəblər düşünürmüş ki, bunlar insan deyil. Eynən “13-cü döyüşçü” filmində
olduğu kimi.
İndiki
dövrdə cəmiyyətlərin bir-biri haqqında informasiyalılığı 7-ci əsrlə müqayisədə
yüksək olsa da, informasiyasızlıqdan doğan problemlər yenə də var. Müasir dövrdə
bu informasiya qıtlığını aradan qaldırmaq üçün kifayət qədər vasitə olsa da (
TV, internet, mətbuat və s.) bəzən bu vasitələrin effekti ürəyaçan olmur. Mətbuatda,
intenetdə, TV-lərdə biz xarici ölkələrdən əsasən təbii fəlakət, iğtişaşlar,
müharibələr, ən yaxşı halda isə seçkilər və siyasətçilərin səfərlərini haqqında
informasiyalar alırıq. Bu tipli xoş olmayan informasiyalar isə istər-istəməz
bizdə heç vaxt görmədiyimiz ölkələr haqqında mənfi fikirlər yaradır. Məsələn mətbuatda,
TV-lərdə ABŞ haqqında eşitdiyimiz informasiyalar ya müharibə ilə, ya təbii fəlakətlə,
ya terrorla bağlı xəbərlərdir. Onların bizim haqqımızda fikirlərini isə bir
azdan yazacağam.
ABŞ
Dövlət Departamentinin bu informasiyasızlıq şəraitini aradan qaldırmağa yönəlmiş
bir proqramı var – “Museums Connect”. Hər il bir neçə ABŞ muzeyi ilə müxtəlif
ölkələrin muzeylərinin təmsil etdiyi icmaların qarşılıqlı səfərləri təşkil
olunur və bu səfərlər zamanı iştirakçılar yerli icmanın mədəniyyəti, adət-ənənələri
ilə tanış olur.
“Museums
Connect 2012”-nin iştirakçılarından biri də Qobustan Milli tarix-bədii qoruğu
oldu. Amerika Hindularının Milli muzeyi Pueblo hindu tayfasının təmsilçisi
kimi, Qobustan muzeyi isə Azərbaycanın təmsilçisi kimi “Qayalarda yazılanlar”
(Written in Rock) proqramı əsasında 1 il ərzində əməkdaşlıq etdi.
2012-ci
ilin oktyabr ayında ABŞ-dan olan iştirakçılar Azərbaycanda bir həftəlik səfərdə
oldular. Qonaqlar bir həftə ərzində Qobustan abidələri ilə və Bakıətrafı abidələrlə
tanış oldular.
2013-cü
il 24-31 mart tarixlərində Azərbaycanlı iştirakçılar Pueblo Hindu tayfasının
tarixi torpaqlarının yerləşdiyi New Mexico ştatında səfərdə oldular.
“Pueblo”
16-cı əsrdə İspanlar indiki ABŞ-ın cənub-qərb ərazilərini işğal edərkən burada
yaşayan əhaliyə verdiyi addır. “Pueblo” ispan dilində xalq deməkdir, həm də bir
yaşayış məntəqəsində yaşayan hindu icmasına da pueblo deyilir. Hal-hazırda 21
pueblo mövcuddur və ya Publo tayfası 21 icmadan ibarətdir. Ümumiyyətlə
hinduların tayfa ierarxiyası türk tayfalarının quruluşu ilə demək olar ki
eynidir – böyük tayfa ittifaqları, ayrıca tayfalar, daha xırda qəbilələr və s.
Pueblo tayfasının vahid dili yoxdur. Çünki Pueblo əslində təbii tayfa quruluşu
deyil müəyyən ərazidə yaşayan tayfaların ittifaqıdır. Hər tayfanın hətta bəzən
xırda qəbilələrin özünəməxsus dili var. Hopi, Zuni, Acoma, Laquna və s.- bunlar
Pueblonu təşkil edən tayfaların adıdır. Səhv etmirəmsə sayları 600 mindir. New
Mexico ştatı ABŞ-da faiz nisbətinə görə ən çox hindu yaşayan ştatdır. Ştatın ən
böyük şəhəri olan Albuquerque şəhərinə ilk addımlarımı atanda artıq hindu mədəniyyətinin
təsirini hiss etməyə başladım.
Albuquerque
hindu, ispan və amerikan mədəniyyətlərinin qarışığından yaranmış bir şəhərdir.
Müxtəlif mədəniyyətlərin kəsişməsində həmişə orijinallıq yaranır( bu fikri
sübut edən bir nümunə də Azərbaycan mədəniyyətidir).
“Written
in Rock” proqramına Qobustan və Pueblo Hindu tayfasının seçilməsinin səbəbi
petroqliflər idi. Pueblo tayfasının mədəniyyətinə qayaüstü rəsmlərin xüsusi
yeri var. Bizdən fərqli olaraq Pueblo üçün qayaüstü rəsmlərin dini, mənəvi əhəmiyyəti
hələ də aktualdır. Ona görə də qayaüstü rəsmlərin fotolarını burda paylaşa bilməyəcəyəm.
Ancaq bir şey aydındır ki, hinduların qayaüstü incəsənətini öyrənməklə biz daha
qədim qayaüstü rəsmlərin mahiyyətini dərk edə bilərik.
Hal-hazırda
Pueblonun başlıca problemi ana dilinin qorunmasıdır. Cəmi 2 %
Pueblo ana dilində danışır. Təcili tədbirlər görülməsə bir neçə nəsildən sonra bəzi xırda dillər itə bilər. Albuquerque-də yerləşən Pueblo Hindularının Mədəniyyət Mərkəzində (Indian Pueblo Cultural Center) çəkilmiş bu şəkil bir xalq üçün ana dilinin əhəmiyyətini gözəl şəkildə ifadə edir.
Pueblo ana dilində danışır. Təcili tədbirlər görülməsə bir neçə nəsildən sonra bəzi xırda dillər itə bilər. Albuquerque-də yerləşən Pueblo Hindularının Mədəniyyət Mərkəzində (Indian Pueblo Cultural Center) çəkilmiş bu şəkil bir xalq üçün ana dilinin əhəmiyyətini gözəl şəkildə ifadə edir.
Səfərimiz
Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən özümüzlə bayram xonçası üçün lazım
olan bütün ləvazimatları aparmışdıq.
Bu
foto Institute of American Indian Art-da
(IAIA) çəkilib. Azərbaycan haqqında yarım saatlıq təqdimatdan sonra institutun
rektoru belə bir sual verdi: geyimləriniz, yeməkləriniz, mədəniyyətiniz erməni
mədəniyyətinə çox oxşayır. Diliniz də erməni dilidir?
Atlantik okeanı
sahillərindən Sakit okean sahillərinə qədər uzanan məhşur “route 66”
Albuquerque-nin mərkəzindən keçir.
Albuquerque şəhərinin ətrafında ABŞ-ın ən böyük hərbi aerodromları yerləşir. Ona görə səmada bu cür mənzərələri tez-tez görmək olar.
İspanlar bu əraziləri
işğal edəndə bütün yaşayış məntəqələrində böyük kilsələr tikiblər. Özü də kilsə
bütün tikililərdən, xüsusilə də hinduların dini mərasimlərini keçirdikləri
plazadan hündürdə olmalı idi.
Orta əsrlərdə
Pueblolar evlərinə bu pilləkənlər vasitəsilə üstdən girirmişlər. Yəni evlərin
qapısı olmurdu. İspanlar hücum edən zaman pilləkənləri qaldırırdılar və müdafiə
olunurdular.
Adını bilmədiyim
səhranın üzərindən uçarkən. New Mexico ştatının böyük hissəsi bu cür səhralardan
ibarətdir.
Qarğıdalı və
chilly – hindu mətbəxinin simvolları.
Thursday, July 11, 2013
Гобустанский Национальный Историко-Художественный Заповедник
Историческая справка.
Гобустан–всхолмленный гористый участок, занимающий
юго-восточное окончание Большого Кавказского хребта, главным образом в бассейне
реки Джейранкечмез, между средним и нижним течением рек Пирсагат и Сумгаит.
Территория Гобустана изрезана
многочисленными, иногда довольно глубокими оврагами, балками (по азербайджански
– «гобу»). Отсюда и название Гобустан.
В 1966 году Постановлением Совета
Министров Азербайджанской Республики был создан Гобустанский Государственный
историко-художественный заповедник, территория которого составляла 4400
га. Под охрану были взяты горы Беюкдаш, Кичикдаш, Джингирдаг и холм Язылы. Эти
горы расположены недалеко от Каспийского
моря, в юго-восточной части Гобустана. Верхняя поверхность гор покрыта известняковым пластом из плотного
апшеронского мелького ракушечника толщиной до 10-15м, который лежит под слоем
наносной почвы в 20-150 см.
С течением веков под воздействием
подземных толчков, солнца, ветра,
атмосферных осадков от краев пласта известняка откалывались глыбы камней и
скатывались по склону. Здесь, в районе фантастического разрушения скал от навалившихся друг на друга огромных глыб
образовалось около 20 больших и малых пещер и навесов, служивших людем убежищем
от непогоды. На стенах этих убежищ,
внутри и снаружи, высечены рисунки
людей, животных и различные знаки. Именно здесь, сохранился один из
интереснейших комплексов памятников древней культуры – наскальные изображения.
Впервые наскальные изображения
Гобустана были выявлены выдающимся азербайджанским археологом И.М.Джафарзаде в
1939 году у подножия горы Джингирдаг и холма Язылы, а в 1940 году в районе гор
Беюкдаш и Кичикдаш. Систематическое изучение наскальных изображение Гобустана
ведется с 1947 года. На поверхности примерно 1000 скал выявлены контурные и
силуэтные рисунки людей, животных, различные знаки и надписи. В настоящее время
количество выявленных рисунков превышает 6000, которые охватывают период от
верхнего палеолита до средних веков.
Наскальные изображения Гобустана
отличаются разнообразием тематики, оригинальностью сюжетов и определенным
художественным мастерством.
На скалах встречаются изображения людей мужского и женского пола, диких быков,
безоаровых козлов, оленей, львов, диких газелей, лошадей, собак, волков,
свиней. И животных неопределенной видовой принадлежности. Также
зарегистрированы изображения сцен конной и пешей охоты, батальные сцены, сцены
коллективного труда, жертвоприношения, сцена жатвы. Сохранились рисунки
одиночных и групповых ритуально-обрядовых танцев, напоминающих современный
азербайджанский народный танец «Яллы».
На многих рисунках изображены лодки с весьма схематично намеченными в
них людьми. Зафиксированы рисунки примитивной
двухколесной арабы, контурные рисунки рыб, караванов верблюдов, силуэтные изображения
следов человеческой ступни, рельефной
арки, имевшей вероятно культовое значение. Взяты на учет рисунки змей, ящериц,
солнца, звезд, свастики, крестов и многих других знаков и тамг.
Наряду с этими изображениями
имеются высеченные арабским алфавитом
надписи, относящиеся к разным периодам средневековой истории Азербайджана, а
также древнелатинская надпись, свидетельствующая о пребывании здесь в конце 1 века, ХП молниеносного
римского легиона .
Вблизи подскальных убежищ
обнаружено большое количество камней со сквозными отверстиями диаметром 5-8 см,
которые применялись для привязи животных. Здесь же на скалах зарегистрировано
много чашечных углублений диаметром 15-40 см и глубиной 10-30см. Эти углубления
являются самыми древними примитивными сосудами для сбора и хранения дождевой
воды, собирания жертвенной крови животных и т.д.
Очень интересен камень,
находящийся у северо-восточного подножия Джингирдага и известный под названием «Гавалдаш» («Камень-бубен»).
При ударе по нему камнями различной величины он издает металлический звон
различного тона. Возможно, этот звучащий камень использовался в качестве
примитивного ударного музыкального инструмента при совершении
ритуально-обрядовых танцев.
Общими по тематике для гор Беюкдаш,
Кичикдаш, Джингирдаг и холма Язылы являются изображения людей, козлов, оленей,
диких лошадей, собак, змей, солнца, свастики, тамг, крестов, а также чашечные
углубления и сквозные отверстия на камнях. Разница между ними заключается
только в стиле оформления, характере построения рисунков для каждого участка –
в зависимости от времени их высекания.
Квадратики для игр, тамги, лунки,
изображения львов, крупные рисунки оленей характерны в основном для зоны горы
Джингирдаг и холма Язылы и относятся к более позднему периоду. Изображения
женщин и мужчин, вооруженных через плечи луками, сцены групповых и одиночных
танцев, а также рисунки быков, волков, свиней, лодок и рыб находятся на горе Беюкдаш и датируются более ранними
периодами.
На территории Гобустана раскопано и изучено около 40 курганов эпохи
бронзы и последующих эпох. В них обнаружены глиняные и керамические посуды,
предметы украшения (в основном бусы из ракушечника, амулеты из гальки), оружие
и другие материалы.
В настоящее время в фондах Гобустанского заповедника хранится
более 100 тысяч археологического материала.
Наскальные
изображения и другие, связанные с ними археологические объекты Гобустана
являются ценным комплексом памятников древней культуры, по которым можно
проследить связь с еще более отдаленными периодами истории. Они дают ценные
сведения для изучения древнейшего периода истории азербайджанского народа. Этот
комплекс представляет немалый интерес и для изучения ряда вопросов геологии,
ботаники, почвоведения и других отраслей науки.
Monday, June 3, 2013
Cingirdağ. Djingirdagh.
Qobustanın
ilk tədqiq olunan ərazisi 1939-cu ildə Azərbaycanın görkəmli arxeoloqu
İ.M.Cəfərzadə tərəfindən aşkarlanmış Cingirdağ ərazisində yerləşən Yazılı
təpədəki qayaüstü təsvirlər olmuşdur. Böyükdaş və Kiçikdaş dağlarının
ərazisində olduğu kimi Cingirdağda da ümumi məzmunlu rəsmlər – insan, keçi,
maral, vəhşi at, it, ilan, günəş, svastika, damğa və xaç təsvirləri, həmçinin
ilmələr və su çuxarları vardır. Lakin Cingirdağ ərazisi üçün xarakterik
təsvirlər də vardır ki, bunlara nisbətən sonrakı dövrə aid edilən oyun üçün
kvadratlar, damğalar, çalalar, şir təsvirləri və iri maral rəsmləridir. Cingirdağ
dağı Kənizədağ palçıq vulkanından şimal-qərbdə 2-3 km-ə qədər uzanır. Cinğirdağ
ərazisində və Yazılı təpədə təsvirli 1970-ci illərə qədər 164 daş qeydə
alınmışdır. Cingirdağda “Qavaldaş” adı ilə məhşur olan qədim musiqi – çalğı
daşı da vardır.
Subscribe to:
Posts (Atom)


















